Dini zəminində terror çağırışları  edən azərbaycanlıya cinayət işi açıldı
01 avqust 2024 10:27 (UTC +04:00)

Dini zəminində terror çağırışları edən azərbaycanlıya cinayət işi açıldı

Rusiyanın Oryol vilayətində Azərbaycan vətəndaşına qarşı cinayət işinin istintaqı başa çatdırılıb. O, terrorçuluq fəaliyyəti ilə bağlı açıq çağırışlarda (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi) ittiham olunur.

Lent.az yerli mediaya istinadla bildirir ki, 2022-ci ilin dekabrından 2023-cü ilin iyun ayına qədər Oryolda gənc oğlan sosial şəbəkələrdən birinin qrup söhbətində, dini zəmində terror fəaliyyətinə dair çağırışlar edib.

O, günahını boynuna alıb. Əvvəllər məhkəmə onun barəsində ev dustaqlığı qərarı verib. Prokurorluq ittiham aktını təsdiqləyib, cinayət işi baxılması üçün 2-ci Qərb Rayon Hərbi Məhkəməsinə göndərilib. Onu ya 300 min rubldan (təxminən 5940 manat) bir milyona (təxminən 19 min 800 manat) qədər cərimə, ya da beş ildən yeddi ilədək həbs cəzası gözləyir.

Yeri gəlmişkən, Rusiya FTX-nin Oryol vilayəti üzrə İdarəsinin əməliyyat-istintaq fəaliyyətinin materialları əsasında xarici vətəndaşa qarşı iş açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

1 avqust 2024 , 14:10
Mingəçevirdə kafedə  qadın meyiti tapıldı

Mingəçevirdə kafedə qadın meyiti tapıldı

1 avqust 2024 , 13:56
Bakıda köşkdən külli miqdarda siqaret oğurlayan uşaqlar tutuldu

Bakıda köşkdən külli miqdarda siqaret oğurlayan uşaqlar tutuldu

1 avqust 2024 , 13:03
Sabah leysan yağacaq, dolu düşəcək - PROQNOZ

Sabah leysan yağacaq, dolu düşəcək - PROQNOZ

1 avqust 2024 , 12:15
Bakıda vurulan piyada rayonda öldü

Bakıda vurulan piyada rayonda öldü

1 avqust 2024 , 12:11
Yevlaxda qaçırılan maşın Ağsuda tapıldı

Yevlaxda qaçırılan maşın Ağsuda tapıldı

1 avqust 2024 , 11:45
İsmayıllıda DƏHŞƏT:  özünü qoz ağacından asdı

İsmayıllıda DƏHŞƏT: özünü qoz ağacından asdı

1 avqust 2024 , 11:19
Oğuzda qonaqlar evdən telefonları oğurladı - VİDEO

Oğuzda qonaqlar evdən telefonları oğurladı - VİDEO

1 avqust 2024 , 11:10