Daha bir rayonun hərbi komissarı HƏBS EDİLDİ
11 oktyabr 2024 21:57 (UTC +04:00)

Daha bir rayonun hərbi komissarı HƏBS EDİLDİ

Azərbaycan Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik  və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  Xocavənd rayon bölməsinin rəisi, mayor Əliyev Sadiq Həsən oğluna Cinayət Məcəlləsinin  311.3.2-ci və 311.3.3-cü  maddələri ilə ittiham elan edilib,

Lent.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb. 

Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçililib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8730
avatar

Oxşar yazılar