Daha bir klinikanın direktoruna cinayət işi açıldı -  SƏBƏB
30 aprel 2021 10:21 (UTC +04:00)

Daha bir klinikanın direktoruna cinayət işi açıldı - SƏBƏB

Bakıda klinikanın həyətində ağaclar kəsilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 150 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin müraciəti üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Aparılmış araşdırmalarla, həmin ünvanda yerləşən “Hüseyn Dent” stomotoloji klinikasının direktoru Hüseyn Abdullayev tərəfindən klinikanın həyətində olan, meşə fonduna daxil olmayan ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 3 min manat məbləğində ziyan vurulmasına əsaslı  şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Yasamal rayon Polis İdarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2625
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Ucarda kişi "Cekpot"  udmaq üçün lotereya oğurladı, həbs edildi

Ucarda kişi "Cekpot" udmaq üçün lotereya oğurladı, həbs edildi

8 iyul 2024 , 14:58
Bakıda ödəmə terminalını oğurlayanlar qəzaya düşdü - FOTO +VİDEO

Bakıda ödəmə terminalını oğurlayanlar qəzaya düşdü - FOTO+VİDEO

8 iyul 2024 , 13:32
Azərbaycanda tələbə QƏFİL ÖLDÜ

Azərbaycanda tələbə QƏFİL ÖLDÜ

8 iyul 2024 , 12:50
Bakıda KLİNİKADA FACİƏ:  sünnət olunan uşaq öldü

Bakıda KLİNİKADA FACİƏ: sünnət olunan uşaq öldü

8 iyul 2024 , 11:45
Həbsdəki vəkil məhkəmə zalından azad edildi

Həbsdəki vəkil məhkəmə zalından azad edildi

8 iyul 2024 , 11:21
Ailəsi kişinin asılmış meyitini tapdı - OĞUZDA İNTİHAR

Ailəsi kişinin asılmış meyitini tapdı - OĞUZDA İNTİHAR

8 iyul 2024 , 11:06
Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

Bakı həbsxanasında MƏHKUM ÖLDÜ

8 iyul 2024 , 10:27
Yeniyetmə bıçaqlandı

Yeniyetmə bıçaqlandı

7 iyul 2024 , 18:57