Çobanın 115-ci  intihar cəhdi
23 fevral 2024 16:32 (UTC +04:00)

Çobanın 115-ci intihar cəhdi

Siirtdən Tunceliyə gələrək çoban olduğunu və borcunu ala bilmədiyini bildirərək binanın damına çıxan 43 yaşlı Həsən İnan 3 saatlıq səydən sonra fikrindən yayındırılıb.. İnanın sorğu-sualı zamanı onun 45 vilayətdə 115 intihara cəhd etdiyi üzə çıxıb. 

Lent.az-ın Türkiyə KİV-nə istinadən məlumatına görə, hadisə Atatürk rayonunda valilik binasının yanındakı yaşayış binasında baş verib. Siirtdən gəldiyini və çoban işlədiyini deyən və borcunu ala bilməyən Həsən İnan binanın damına çıxıb. Ətrafdakıların xəbərindən sonra hadisə yerinə xilasetmə, polis və sağlamlıq qrupları gəlib. 

Vəziyyətdən xəbərdar olan qubernator köməkçisi Okan Yeni Dünya və Vali Bülent Tekbıyıkoğlunun şəxsi katibi Fatih Küçükönder hadisə yerinə gələrək damın üstünə çıxıblar. İnanla ən azı 3 saat söhbət edilib. Ona kömək edəcəyi vəd ediləndən sonra İnan Fatih Küçükönderlə qucaqlaşıb və damdan enməyə razılaşıb.  

Polisə aparılan Hasan İnanın GBT sorğusunda Malatya, Bingöl, Diyarbəkir, Siirt, Elazığ, Van, Batman, Muş, Bitlis, Şanlıurfa, Kocaeli, İstanbul, İzmir, Bursa, Ankara, Əskişəhər, Biləcik, Aksaray , Sivas, Isparta, Muğla.Kırıkkale, Çorum, Konya, Karaman, Şırnak, Ərzurum, Ardahan, Qars, Iğdır, Artvin, Rize, Adıyaman, Kahramanmaraş, Kilis, Qaziantep, Osmaniye, Mersin, Ağrı, Afyonkarahisar, Burdur, Antalya, Yozgat və Kırşehirdə 115  dəfə intihara cəhd etdiyi öyrənilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3651
avatar

Oxşar yazılar