"Çirkli pulları yumaq"da təqsirləndirilən sabiq deputatdan YENİ XƏBƏR
31 iyul 2024 16:35 (UTC +04:00)

"Çirkli pulları yumaq"da təqsirləndirilən sabiq deputatdan YENİ XƏBƏR

Avropada külli miqdarda pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən Hüseyn Abdullayevin işi üzrə istintaq yekunlaşıb.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, Abdullayev Hüseyn Abbas oğlu və qeyriləri tərəfindən bir sıra Avropa ölkələrində külli miqdarda pul vəsaitlərinin leqallaşdırılmasına dair xarici ölkələrin aidiyyəti orqanlarından daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun aidiyyəti idarəsində araşdırmalar aparılıb və daxil olmuş materiallar İstintaq idarəsinə təqdim edilməklə istintaq yolu ilə araşdırılıb.

İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Hüseyn Abdullayev Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata kiçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət əməllərinin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində istintaq tədbirləri davam etdirilməklə, leqallaşdırma hesabına əldə edilmiş əmlaklar, digər qanunsuz maliyyə əməliyyatları və əqdlər barədə ayrı-ayrı ölkələrə hüquqi yardımların göstərilməsi ilə bağlı vəsatətlər göndərilib, eləcə də, həmin ölkələrin səlahiyyətli orqanları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində zəruri olan bütün tədbirlər icra edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 849
avatar

Oxşar yazılar

Bakıda qadın tövlədə özünü asdı

Bakıda qadın tövlədə özünü asdı

31 iyul 2024 , 19:33
3 qız atası boynuna daş bağlayıb özünü dənizə atdı

3 qız atası boynuna daş bağlayıb özünü dənizə atdı

31 iyul 2024 , 19:07
Axtarışda olan  üç nəfər Azərbaycana gətirildi, bir nəfər isə...

Axtarışda olan üç nəfər Azərbaycana gətirildi, bir nəfər isə...

31 iyul 2024 , 19:01
Məktəbli qız çayda boğulub öldü

Məktəbli qız çayda boğulub öldü

31 iyul 2024 , 18:02
Bakıda gəmi YANIR   - YENİLƏNİB

Bakıda gəmi YANIR - YENİLƏNİB

31 iyul 2024 , 18:00
Şəhidin əmisini qətlə yetirənə HÖKM OXUNDU

Şəhidin əmisini qətlə yetirənə HÖKM OXUNDU

31 iyul 2024 , 17:28
Laçında faciəvi şəkildə ölən hərbiçilərimizin FOTOSU

Laçında faciəvi şəkildə ölən hərbiçilərimizin FOTOSU

31 iyul 2024 , 17:15
Bir ailə  yol qəzasında həlak oldu

Bir ailə yol qəzasında həlak oldu

31 iyul 2024 , 16:31