"Beşiktaş" prezidentinin oğlu ölümdən döndü:  20 milyonluq "Ferrari" kül oldu  -  VİDEO
19 may 2025 18:07 (UTC +04:00)

"Beşiktaş" prezidentinin oğlu ölümdən döndü: 20 milyonluq "Ferrari" kül oldu - VİDEO

İstanbulda hərəkətdə olan "Ferrari"nin mühərrik hissəsində çıxan yanğın nəticəsində maşın tamamilə yanaraq külə dönüb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, təxminən 20 milyon lirə dəyərində olan bu avtomobilin sürücüsünün "Beşiktaş" klubunun prezidenti Serdal Adalının oğlu Celal Alaz Adalı olduğu məlum olub.

Hadisə Eyüpsultan Hasdal-Kemerburgaz yolunda baş verib. Celal Alaz Adalı, mühərrik hissəsindən alovların qalxdığını görərək avtomobili yolun kənarında saxlayıb.

Alov avtomobili bürüyərkən hadisə yerinə yanğınsöndürmə və polis əməkdaşları çağırılıb. Yanğınsöndürənlər müdaxilə edərək alovu nəzarət altına alıblar.

Avtomobilin yanma anı ərazidə olan bir vətəndaş tərəfindən mobil telefonla qeydə alınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 554

Oxşar yazılar