Tanınmış aktrisa səhnədə huşunu itirdi
19 may 2025 14:32 (UTC +04:00)

Tanınmış aktrisa səhnədə huşunu itirdi

Sevilən sənətçi Ziynet Sali İzmirin Çeşmə bölgəsində verdiyi konsert zamanı qəfildən özünü pis hiss edərək səhnədə huşunu itirib. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu xoşagəlməz hadisə tamaşaçılar arasında böyük narahatlıq yaradıb. Tibb işçiləri dərhal səhnəyə çıxaraq ilk müdaxiləni həyata keçiriblər.

Hadisədən sonra sağlamlıq durumu ilə bağlı pərəstişkarları tərəfindən narahatlıqla qarşılanan Ziynet Sali sosial media hesabından açıqlama yayaraq onları məlumatlandırıb. Ona “geçmiş olsun” arzularını bildirən hər kəsə təşəkkür edən sənətçi yaşananları belə izah edib:

“Hamıya salam! Dünən gecə səhnədə özümü çox pis hiss etdim, qəfildən halım pisləşdi və huşumu itirdim. Nəticə: çox aşağı təzyiq. Sağ olsun, ilk tibbi müdaxilə edən dostlarım, lazım olan hər şeyi etdilər. Gəlin buna sadəcə yorğunluq deyək… Amma indi yaxşıyam, dincəldim”.

Müğənninin bu açıqlaması pərəstişkarlarının bir qədər də olsa rahatlamasına səbəb olub. Məlum olub ki, sıx səhnə qrafiki səbəbindən yorulan Ziynet Sali qısa bir istirahətdən sonra özünü daha yaxşı hiss edir və sağlamlıq durumu normallaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 536

Oxşar yazılar