Azərbaycanda donor olmaq istəyənlərin SAYI AÇIQLANDI
19 may 2025 14:04 (UTC +04:00)

Azərbaycanda donor olmaq istəyənlərin SAYI AÇIQLANDI

Uzun illərdir ki, ölkəmizdə orqan donorluğu mövzusu həm etik, həm də tibbi baxımdan müzakirə olunur. Bir tərəfdən həyatını itirməyə yaxın olan xəstələr üçün yeganə ümid bəzən bir donor olur, digər tərəfdən isə cəmiyyət arasında bu addımı atmağa psixoloji və dini yanaşmalar təsir göstərir. Lakin son dövrlər müşahidə olunan rəqəmlər göstərir ki, Azərbaycanda bu sahəyə münasibət dəyişməyə başlayıb.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən Lent.az-a verilən məlumata görə, indiyədək donor olmaq üçün 200-ə yaxın şəxs müraciət edib:

“Mərkəzin nümayəndələri bildiriblər ki, müraciət edənlərin əksəriyyəti bütün orqanlarını bağışlamağa hazır olduqlarını bəyan ediblər.

Bu, ölkədə orqan transplantasiyası sahəsində maariflənmənin artdığını və ictimai dəstəyin getdikcə gücləndiyini göstərir. Mütəxəssislər hesab edirlər ki, vətəndaşların könüllü şəkildə donor olmağa razılıq verməsi bir neçə il öncə ilə müqayisədə ciddi irəliləyişdir və bu, gələcəkdə daha çox insanın həyatının xilas edilməsinə şərait yaradacaq”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1178

Oxşar yazılar