Bank kartından oğurluq edənlər tutuldu
19 sentyabr 2024 10:27 (UTC +04:00)

Bank kartından oğurluq edənlər tutuldu

Bakıda bir nəfərin bank kartından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə bir nəfərin bank kartından 600 manat oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 24 yaşlı A.Əhmədov və Z.Quliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1140
avatar

Oxşar yazılar