Bakıda dünən səhərdən başlayan yağışlar paytaxt yollarını iflic vəziyyətə salıb.
Lent.az xəbər verir ki, bir neçə rayonda tunelləri su basıb. Bunlardan biri də Heydər Əliyev prospektindəki tuneldir. Bunun nəticəsində bir neçə avtomobildə suyun altında qalıb.
Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.