Bakıda VMF-dən 330 min manatlıq  saat OĞURLANDI
11 oktyabr 2024 09:07 (UTC +04:00)

Bakıda VMF-dən 330 min manatlıq saat OĞURLANDI

Bakıda mağazadan 330 min manatlıq saat oğurlanıb.

Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu, N.Nərimanov prospektində yerləşən VMF Continental mağazasında baş verib.

Müştəri qismində mağazaya gələn şəxs 330000 manat dəyərində olan 1 ədəd "Breguet" markalı qol saatını gizli yolla oğurlayıb. 

Aparılan istintaq zamanı Çin Respublikası vətəndaşı 47 yaşlı Zhang Guomin şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, VMF mağazası tanınmış jurnalist və ssenarist Vahid Mustafayevə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5514
avatar

Mehman Nəbiyev

Oxşar yazılar