Bakıda türkiyəli iş adamının meyiti tapıldı
14 iyun 2024 08:48 (UTC +04:00)

Bakıda türkiyəli iş adamının meyiti tapıldı

Bakıda Türkiyə vətəndaşının meyiti tapılıb.

Lent.az-ın məlumatına görə, hadisə Xətai rayonu Ramiz Quliyev küçəsində baş verib. Burada kirayədə yaşayan Türkiyə vətəndaşı 40 yaşlı Serkan Sökmenin meyiti aşkar edilib.

Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, S. Serkan türkiyəli iş adamı Harun Sökmenin kiçik oğludur. Məlumata görə, o səhər saatlarında infarkt keçirib. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, mərhum Bakıda restoran biznesi ilə məşğul olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3204
avatar

Mehman Nəbiyev

Oxşar yazılar