Bakıda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 20 yaşlı Xədicə Yaşar qızı Adıyeva yaşadığı evin həyətində özünü asıb.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, intihar edən X. Adıyeva Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsidir.
İntihar edən tələbə