Bakıda qəlyan verən kafe sahibi həbs edildi - VİDEO
12 avqust 2021 13:49 (UTC +04:00)

Bakıda qəlyan verən kafe sahibi həbs edildi - VİDEO

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində müştərilərə qəlyan təklif edən daha bir kafe sahibi həbs edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən daha bir kafe aşkarlanıb. Rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsində yerləşən ‘’Pub-110’ adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar ediblər.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Emin Məmmədov 8 sutka inzibati qaydada həbs edilib.

Qəlyan verən həbs olundu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1782
avatar

Mehman Nəbiyev

Oxşar yazılar