Bakıda  özünü yandıran gənc   xəstəxanadan qaçdı
17 fevral 2022 14:15 (UTC +04:00)

Bakıda özünü yandıran gənc xəstəxanadan qaçdı

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda gənc oğlan özünü yandıraraq intihara cəhd edib.

Lent.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Binəqədi rayonu, Binəqədi kəndində intihara cəhd edən 28 yaşlı Kərimov Qalib Balahəsən oğluna təcili tibbi yardım əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra o, 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.

Orada özünü benzinlə yandıran şəxsə müəyyən yardım göstərilib. Bundan sonra o, saat 9 radələrində xəstəxanadan qaçıb. Lakin sonradan yaxınları onu yenidən xəstəxanaya aparıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3645
avatar

Mehman Nəbiyev

Oxşar yazılar