Bakıda "Opel"ini iki maşına çırpan sürücü öldü
18 mart 2021 12:41 (UTC +04:00)

Bakıda "Opel"ini iki maşına çırpan sürücü öldü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə martın 17-də saat 23 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini V.Quliyev idarə etdiyi “Opel” markalı avtomobili qarşıda gedən Abşeron rayon sakini E.Nəbiyevin idarə etdiyi “AzSamand” markalı avtomobilə vurduqdan sonra yolun kənarında dayanmış “Mercedes” markalı yük avtomobilinə dəyib.

Nəticədə V.Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1602
avatar

Mehman Nəbiyev

Oxşar yazılar