Bakıda "metallom" işçisini döyüb, sonra...
16 avqust 2021 15:55 (UTC +04:00)

Bakıda "metallom" işçisini döyüb, sonra...

Bakıda quldurluq hadisəsi olub.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə avqustun 14-də iki nəfərin rayon ərazisində yerləşən metal qəbulu məntəqəsinə gələrək orada işləyən şəxsi döyüb, oradan 900 manat və 500 manat dəyərində mobil telefon aparmaları barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən rayon sakini M.Fərmanov və Balaxanı qəsəbə sakini N.Sadıqov müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3714
avatar

Mehman Nəbiyev

Oxşar yazılar