Bakıda kişi oğurladığı nömrəni öz maşınına bağladı
21 sentyabr 2023 13:55 (UTC +04:00)

Bakıda kişi oğurladığı nömrəni öz maşınına bağladı

Bakıda avtomobil nömrələri oğurlanıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, “KİA” markalı avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini F.Ağayev sentyabrın 20-də onları özünə məxsus “KİA” markalı avtomobilin üzərinə bağlayıb idarə edərkən Nərimanov RPİ 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

# 2112
avatar

Oxşar yazılar