Bakıda işçi marketdən 10 minlik  oğurluq etdi
22 mart 2023 15:00 (UTC +04:00)

Bakıda işçi marketdən 10 minlik oğurluq etdi

Bakıda marketdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, martın 13-dən 21-dək olan müddətdə rayon ərazisindəki marketlərin birindən 10000 manat dəyərində ərzaq malları oğurlanıb.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən marketin işçisi, Gəncə şəhər sakini V.İsgəndərov saxlanılıb.

# 1686
avatar

Oxşar yazılar