Bakıda külli miqdarda narkotik maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Səbail rayonunun Badamdar qəsəbə sakini H.Əlizadəyə məxsus həyətyanı sahədə əməliyyat-axtarış tədbirləri keçiriblər.
Nəticədə oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 975 kiloqram olan 464 ədəd çətənə kolu, 31,5 kiloqrama yaxın marixuana və 19,9 kiloqramdan artıq çətənə bitkisi aşkar edilərək götürülüb.