Bakıda üzərinə hasar aşan qadın ölüb.
Lent.az-ın məlumatına görə, hadisə aprelin 6-da Sabunçu rayonunda qeydə alınıb.
61 yaşlı Sədaqət Əsədovanın üzərinə hasar aşıb. Qadın Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, aprelin 18-də orada dünyasını dəyişib.
Araşdırma aparılır.