Bakıda gənc qız taksi sürücülərinin başına OYUN AÇDI:  "Məni polis tuta bilməz"
19 noyabr 2021 15:15 (UTC +04:00)

Bakıda gənc qız taksi sürücülərinin başına OYUN AÇDI: "Məni polis tuta bilməz"

Bakıda taksi sürücülərini aldadaraq pullarını alan 18 yaşlı qızla bağlı yeni fakt üzə çıxıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, saxlanılan 18 yaşlı Səriyyə İsmayılova özündən arxayın vəziyyətdə taksi sürücülərini aldadıb. Belə ki, o, tanıdığı adamlara “Məni polis tuta bilməz” deyərək, taksi xidmətlərindən istifadə edib və onların pullarını verməyib. Bundan əlavə, gənc qız sürücüləri bəhanələrlə aldadaraq 20-30 manat pullarını alıb yoxa çıxıb.

***

Saat: 13:18

Bakıda yeniyətmə qızın taksilərdən istifadə edərək gedəcəyi ünvana çatdıqdan sonra gediş haqqını ödəmədiyi, o cümlədən müxtəlif bəhanələr gətirərək sürücüləri aldadıb onlardan 20-30 manat pul aldıqdan sonra yaxınlıqda olan çoxmərtəbəli binalara daxil olaraq qayıtmadığı haqda məlumatlar təsdiqlənib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində həmin qızın paytaxtın Yasamal rayonunda yaşayan 18 yaşlı Səriyyə İsmayılova olması müəyyən edilib. O, saxlanılaraq polis idarəsinə gətirilib və törətdiyi hüquqazidd əməlləri etiraf edib.

Onu da qeyd edək ki, S.İsmayılovanın hüquqazidd əməlləri ilə bağlı Bakı şəhəri üzrə ərazi polis orqanlarına heç bir şikayət xarakterli müraciət daxil olmayıb. Hazırda faktla bağlı müvafiq araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4308
avatar

Mehman Nəbiyev

Oxşar yazılar