Bakıda fermadan “Makarov”  oğurlandı, oğru da, ferma sahibi də saxlanıldı
29 iyun 2024 12:35 (UTC +04:00)

Bakıda fermadan “Makarov” oğurlandı, oğru da, ferma sahibi də saxlanıldı

Suraxanı rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində müxtəlif vaxtlarda Sabunçu, Yasamal və Qaradağ rayonlarında oğurluqlar etdiyi üçün axtarışda olan əvvəllər məhkum olunmuş Nəriman Vəliyev saxlanılıb.

Lent.az-ın xəbərinə görə, onun üzərindən “Makarov” tapançası, patron darağı və 15 ədəd patron aşkarlanıb. Dindirmə zamanı N.Vəliyev qanunsuz olaraq üzərində daşıdığı odlu silah-sursatı Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən fermadan oğurladığını bildirib.

Davam etdirilən tədbirlərlə həmin fermanın sahibi Azər Hacıyev də saxlanılıb. Ondan əlavə olaraq müvafiq sənədləri olmayan ov tüfəngi və 30 ədəd patron aşkar edilib. A.Hacıyev odlu silah-sursatı bir müddət əvvəl tapdığını, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.

Bakıda fermadan “Makarov” oğurlanıb, oğru və ferma sahibini polis saxlayıb

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1290
avatar

Oxşar yazılar