“Xanımım tez öləcəyini bilirdi” - Xalq artisti
01 iyul 2024 11:43 (UTC +04:00)

“Xanımım tez öləcəyini bilirdi” - Xalq artisti

Xalq artisti Ənvər Həsənov qatıldığı proqramlardan birində xanımı Möminat Qurbanovanın ölümü barədə danışıb.

73 yaşlı aktyor həmin dəhşətli günü unuda bilmədiyini deyib. 

Lent.az-ın xəbərinə görə, Ənvər Həsənov bildirib ki, xanımı tez öləcəyini hiss edibmiş:

“Hər şeyi öncədən görürdü, bilirdi. Onun adına uyğun vergisi vardı. Möminat, yəni mömin adam. Mənə deyirdi ki, sən ölsən, səni dəfn edə, məzarını düzəldə, yas mərasimini verə bilməyəcəyəm. Səndən əvvəl dünyamı dəyişəcəyəm. Demişdi ki, özündən muğayat ol və tək qalma. Sən tək qalan insan deyilsən, mütləq yanında gərək xanım olsun ki, sənə qulluq etsin. Mən sənə buna icazə verirəm. Bu bərəkət gözümə dəysin. Dedim ki, ay qız, sən nə danışırsan? Mənim şəxsiyyət vəsiqəmdə sənin adın yazılıb.
Mən səndən sonra kimləsə ailə quraram?”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8361
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar