Prokuror Sümbülə Əliyevaya  cəza istədi
01 iyul 2024 13:50 (UTC +04:00)

Prokuror Sümbülə Əliyevaya cəza istədi

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. 

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Sümbülə Əliyevanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edib ki, Vəkilər Kollegiyasının yoxlamaları onun iştirakı olmadan keçirilib, yoxlamaların nəticələri barədə akt ona verilməyib.

Daha sonra S.Əliyeva dövlət ittihamçısı Ziya Mansurovun suallarını cavablandırıb.

Proses iyunun 24-də davam etdiriləcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödənməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. O, Cinayət Məcəlləsinin 179.3.2 və 213.1-ci maddəsi ilə ittiham edilir. Zərərçəkmiş qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Sümbülə Əliyeva bir çox tanınmış şəxsin vəkili olub. Onun cinayət işi üzrə məhkəmədən yayınması əsas gətirilərək prosesin gedişində barəsində həbs qətimkan tədbiri seçilib./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1554
avatar

Oxşar yazılar