Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, iclasda Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib.
Bundan başqa Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb və onun tərkibi təsdiqlənib.
Eyni zamanda, iclasda Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi təyin olunub.
Səsvermə gününədək seçki komissiyasının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi məsələsi də səsə qoyularaq qəbul edilib.
***
11:33
Milli Məclisə 2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planı təsdiq edilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı YAP-ın İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
İclasda eyni zamanda, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri təyin edilib.
Həmçinin maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi də təyin olunub.