Memfis Depay  türklərə meydan oxudu: “Şənbə günü görüşərik”
03 iyul 2024 12:30 (UTC +04:00)

Memfis Depay türklərə meydan oxudu: “Şənbə günü görüşərik”

Niderland milli komandasının əsas simalarından olan Memfis Depay Türkiyənin Avstriya üzərində qələbəsinə münasibət bildirib.

Apasport.az xəbər verir ki, 30 yaşlı hücumçu bununla bağlı sosial şəbəkə hesabında Rumıniya ilə oyundan şəkil paylaşıb. Ulduz futbolçu postunda Türkiyəyə eyham vuraraq, “şənbə günü görüşərik” sözlərini yazıb.

Xatırladaq ki, dünən Avropa Çempionatının 1/8 final mərhələsi çərçivəsində keçirilən Rumıniya-Niderland oyununu niderlandlılar, Avstriya-Türkiyə oyununu isə türklər qalib kimi başa vuraraq növbəti mərhələdə rəqib olublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4284
avatar

Oxşar yazılar