Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti məlum olub.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, iyulun 6-da şimal-qərb küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.