Avropa "Bozqurd" simgəsindən niyə qorxub? - HÜQUQİ ŞƏRH
05 iyul 2024 19:00 (UTC +04:00)

Avropa "Bozqurd" simgəsindən niyə qorxub? - HÜQUQİ ŞƏRH

Xəbər verdiyimiz kimi, Avstriya ilə matçda Türkiyə millisinin qollarını vuran Merih Demiral "Bozqurd" işarəsi göstərərək sevincini qeyd edib.

UEFA futbolçunun bu hərəkətinə görə araşdırmaya başlayıb və futbolçunu cəzalandırıb. 

Türkiyəli futbolçu ümumi davranış prinsiplərinə zidd hərəkət etdiyi, əsas nəzakət qaydalarını pozduğu üçün 2 oyunluq diskvalifikasiya edilib.

Merih Demiralın bu hərəkətləri hüquqi müstəvidə necə təmzinlənir? 

"Norma" hüquq mərkəzinin rəhbəri, hüquqşünas Şamil Paşayev öz sosial şəbəkə hesabında yazıb ki,  "Bozqurd" türklərin simgəsidir: "Bu, həmçinin bizim üçün müqəddəsdir".

Hüquqşünas qeyd edib ki, Avropada  "Bozqurd" işarəsinə türk simgəsi kimi yanaşmırlar: " Onlar bunu türkçü təşkilatların xüsusi irqçi işarəşi kimi qəbul edirlər"

Hüquqşünas bildirib ki, UEFA-nın qaydalarına görə, siyasi, təhqiramiz jestlər, idman əleyhinə davranışlar və idmanın nüfuzuna zərər verə biləcək hərəkətlər qadağandır: "İfadə azadlığı baxımından isə şəxslər özlərini ifadə etməkdə sərbəstdir. Bu jest də söz, fikir yox, məhz ifadədir"

Şamil Paşayev onu da qeyd edib ki, Avropa İnsan Haqları Konvensiyasının tələbinə görə, ifadə azadlığı ictimai təhlükəsizlik və başqalarının hüquqlarını qorumaq üçün məhdudlaşdırıla bilər.

"Avropa Məhkəməsinin qərarlarında isə qeyd edilib ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə, məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidir; bu halda onların müəyyən mülahizə hüdudları var.

Məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin sərbəst fikir və ifadə azadlığını təmin etmək marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən, məhdudiyyətin qanuni məqsədə mütənasib olub-olmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir. Bir daha qeyd edirəm ki, Avropada bunu türkçülüyün işarəsi kimi deyil, siyasi və ya hansısa təşkilatın simvolu kimi təqdim edirlər. Avstriyada “Bozqurd”un qadağan olması UEFA üçün şərt deyil, UEFA qərarı öz qaydalarına əsasən verir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4035
avatar

Oxşar yazılar