Valideyn övladdan aliment ala bilər? - CAVAB
07 noyabr 2025 10:44 (UTC +04:00)

Valideyn övladdan aliment ala bilər? - CAVAB

0

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasında növbəti sual övladların valideynə aliment ödəməsi ilə bağlıdır.

Lent.az xəbər verir ki, Ailə Məcəlləsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar.Bu barədə saziş yoxdursa, məhkəmə tərəfindən sabit pul məbləği təyin edilir.

Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. Valideynlərə kömək göstərməkdən qəsdən boyun qaçırmağa görə, inzibati Xətalar Məcəlləsinə əsasən xəbərdarlıq edilir və ya 60-100 manat məbləğində cərimə olunur.

Məcəllənin 82-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Həmçinin aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur.

Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 440

Oxşar yazılar