İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə keçirilən 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi”nin tərəfdaşlarından biri də “Azerçay”dır.
24-26 iyun tarixində “Bakı Ekspo Mərkəzi”ndə baş tutan sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub.
Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.
Ənənəsinə sadiq qalan doğma çay markası sərgiyə gələn qonaqları çay süfrəsinə qonaq edib. Həmçinin 3 gün davam edən tədbirin qonaqlarına milli çay markası haqqında məlumat verilib.
Qeyd edək ki, doğma çay dünyanın 40 ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil etməklə yanaşı, Azərbaycanda çay adət ənənələrini qoruyub saxlamaq missiyasını daşıyır. Eyni zamanda “Azerçay” markası həyata keçirilən bu kimi tədbirləri dəstəkləyir.

Doğma çay “Azerçay” şirkətlərin tanıtım sərgisinə tərəfdaşlıq edib
Oxşar yazılar

“Bakcell”in dəstəyi ilə “YAŞAT” yay məktəbi Londonda
25 iyul 2025 , 17:55
“YAŞAT” və “Nar” şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil edib
25 iyul 2025 , 17:49
Dəyərlini qeyd edirik: MASTERCARD-ın qlobal mirasından Azərbaycanda yerli təcrübələrə uzanan SƏYAHƏTİ
25 iyul 2025 , 17:03
"Birbank"la Trendyolda yeni ödəniş imkanı – “İndi al, sonra ödə”
24 iyul 2025 , 16:07
"Azercell"in dəstəklədiyi milli komanda Avropa Qızlar İnformatika Olimpiadasında uğur qazanıb
24 iyul 2025 , 15:28
ABB-nin Yasamal filialı əvvəlki ünvanında fəaliyyətini bərpa etdi!
24 iyul 2025 , 11:16