Qaxda toydan sonra FACİƏ:  gənc oğlan öldü, kəlləsini sındırıblar
27 iyul 2025 13:40 (UTC +04:00)

Qaxda toydan sonra FACİƏ: gənc oğlan öldü, kəlləsini sındırıblar

23 yaşlı Ağdam rayon sakini Qax Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.

Ötən gün axşam saatlarında Qax şəhər ərazisindəki şadlıq evlərinin birində keçirilən toy məclisində iştirak edən hazırda Zaqatala rayonu qaçqın şəhərciyində yaşayan Ağdam rayon sakini 2002-ci il təvəllüdlü  Orxan Nizami oğlu Qarayev şadlıq evinin pilləkənindən yıxılaraq ağır kəllə-beyn xəsarəti alıb.

Hadisədən sonra 23 yaşlı gənc Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq  O.Qarayev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

O.Qarayevin ölümünə aydınlıq gətirilmək üçün meyit Məhkəmə Tibbi Ekpertiza və Potoloji Anataomiya Birliyinin Qax rayon Şöbəsinə təhvil verilib. 

Faktla bağlı Qax rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

23 yaşlı gəncin xəstəxanada ölməsi faktı ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 26.07.2025-ci il tarixində saat 21:20 radələrində yıxılması səbəbilə 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxs Qax Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona dəqiqləşdirilməmiş kəllə-beyin silkələnməsi, kəllə əsasının sınığı, burun-qulaq qanaxması diaqnozu təyin olunub.

Pasiyent dərhal Cərrahiyyə şöbəsinə yerləşdirilib, lakin həkimlərin çoxsaylı səylərinə baxmayaraq 27.07.2025-ci il tarixində saat 08:00 radələrində ölüm faktı qeydə alınıb./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar

Bakıda bu yollar bağlanır - SƏBƏB

Bakıda bu yollar bağlanır - SƏBƏB

27 iyul 2025 , 13:42
Tovuzda qardaşının baltaladığı qadın öldü

Tovuzda qardaşının baltaladığı qadın öldü

27 iyul 2025 , 12:47
Şəkidə AĞIR QƏZA:  yaralılar var -FOTOLENT  -VİDEO

Şəkidə AĞIR QƏZA: yaralılar var -FOTOLENT -VİDEO

27 iyul 2025 , 12:37
Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

Dağlıq ərazidə baş verən yanğınlar tam söndürüldü -VİDEO

27 iyul 2025 , 11:14
Bakıda “Ford” markalı maşın yandı

Bakıda “Ford” markalı maşın yandı

27 iyul 2025 , 11:04
Xəzərdə zəlzələ   oldu

Xəzərdə zəlzələ oldu

27 iyul 2025 , 06:20
Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

Məzuniyyətə gələn əsgəri avtomobil vurdu

27 iyul 2025 , 00:29
Ağdamdakı qəzada yaralanan 5 nəfərin  kimliyi məlum oldu - YENİLƏNİB

Ağdamdakı qəzada yaralanan 5 nəfərin kimliyi məlum oldu - YENİLƏNİB

26 iyul 2025 , 22:06