"İbtidai sinifdə verilən anlayışları bəzi müəllimlər heç ali məktəbdə keçməyiblər" - DİM sədri
01 iyul 2024 11:56 (UTC +04:00)

"İbtidai sinifdə verilən anlayışları bəzi müəllimlər heç ali məktəbdə keçməyiblər" - DİM sədri

Valideyn öz övladının məktəb proqramını anlamırsa, burada bir uyğunsuzluq var.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” şüarı altında keçirilən VII ADA 2024 Beynəlxalq Təhsil Konfransı zamanı deyib.

“İndiki çağırışlara uyğun olan innovasiyalar tətbiq etməliyik. Sovet dövründə valideyn özü hansı tədrisə yiyələnmişdisə, övladı da eyni təhsili alırdı. Buna görə də valideyn rahat şəkildə öz övladının dərsləri ilə məşğul olurdu. Lakin indi ibtidai sinifdə verilən bəzi anlayışları bəzi müəllimlər heç ali məktəbdə belə keçməyiblər. Burada bir uyğunsuzluq var. Biz bunu tənzimləməliyik. Çünki belə olan halda hansısa üçüncü şəxslər, yəni repetitorlar uşaqların tədris həyatına daxil olur" – o qeyd edib.

DİM sədri qeyd edib ki, hazırda tətbiq edilən müqayisəli qiymətləndirmə metodu ilkin illərdə uyğunsuzluğa səbəb olurdu:

“Lakin hazırda bu proses tənzimlənib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1155
avatar

Oxşar yazılar