Rəqəmsal dələduzlar arasındakı əsas trendlər AÇIQLANDI
02 iyul 2024 17:59 (UTC +04:00)

Rəqəmsal dələduzlar arasındakı əsas trendlər AÇIQLANDI

    Məşhur Dr.Web antivirusunun tərtibatçıları bu ilin ikinci rübündə ən geniş yayılmış rəqəmsal təhlükə növləri barəsində hesabatı təqdim ediblər.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, bu ilin ikinci rübündə istifadəçilər daha çox arzuolunmaz reklam tətbiqləri, reklam istiqamətli troyan (trojan) tətbiqlər və digər troyan tətbiqlər daxilində olmuş zərərli proqram təminatları ilə qarşılaşıblar. Dr.Web mütəxəssisləri 2024-cü ilin ikinci rübündə rəqəmsal dələduzlar arasında 3 trendi xüsusi olaraq ayırıblar.

- Reklam istiqamətli proqram təminatları ilə troyan tətbiqlərinin yüksək aktivlikləri
- Elektron poçt trafikində çoxlu sayda zərərli skriptlər ilə bütün növ fişinq (phishing) sənədlərinin mövcudluğu
- Android.HiddenAds sinifinə daxil olan reklam istiqamətli troyan tətbiqlərin daha çox halda istifadə edilmələri.
     Bununla yanaşı məlumatda qeyd edilib ki, mütəxəssislər Google Play platformasında Android.FakeApp sinifinə daxil olan virusları aşkar ediblər. Onlardan bəziləri maliyyə tətbiqləri ilə sorğu və viktorinalar üçün nəzərdə tutulmuş servislər şəklində yayılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932
avatar

Oxşar yazılar