Bakı-Qazax yolunda qəza olub, bir nəfər öldü, 3 uşaq yaralandı -YENİLƏNİB
01 iyul 2024 15:56 (UTC +04:00)

Bakı-Qazax yolunda qəza olub, bir nəfər öldü, 3 uşaq yaralandı -YENİLƏNİB

Ucarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.

"KİA" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Daha sonra yolun əks istiqamətinə keçərək aşıb. Nəticədə sürücünün həyat yoldaşı Rişarə Həsənova hadisə yerində həyatını itirib. R.Həsənovanın sıxılmış halda qalan meyitinin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Meyit maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə nəticəsində Şəmkir rayon sakinləri - 2017-ci il təvəllüdlü Ayxan Ravin oğlu Hüseynov, 2013-cü il təvəllüdlü Nuray Ravin qızı Hüseynli və 2015-ci il təvəllüdlü Aylin Ravin qızı Hüseynli ağır xəsarət alıblar.

Xəsarət alan uşaqlar Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Fakt araşdırılır.

 

***

15.01

Ucarda yol-nəqliyyat hadisəsi olub.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. "KİA" markalı minik maşını idarəetmədən çıxaraq beton arakəsməyə çırpılıb. Nəticədə bir nəfər hadisə yerində həyatını itirib, 2 nəfər isə ağır xəsarət alıb.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1899
avatar

Oxşar yazılar