Ələsgər Məmmədli
03 iyul 2024 17:29 (UTC +04:00)

Ələsgər Məmmədli

Məhkəmə Ələsgər Məmmədli ilə bağlı QƏRAR VERDİ

Media eksperti, “Toplum TV”-nin həmtəsisçisi Ələsgər Əhmədoğlu (Məmmədli) barəsində seçilmiş qətimkan tədbirinin uzadılması ilə istintaq orqanının təqdimatına baxılıb.

Lent.az xəbər verir ki, Xətai Rayon Məhkəməsi Ə.Məmmədlinin barəsində seçilmiş həbs qtəimkan tədbirinin müddətini 3 ay uzadıb.

Xatırladaq ki, "Toplum TV"nin həmtəsisçisi Akif Qurbanov, media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) və əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabarov və Əli Zeynalov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Fərid İsmayılov və Elmir Abbasov isə ev dustaqlığına buraxılıb.III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində də 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, saxlanılanlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Martın 6-da "Toplum TV" internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485
avatar

Oxşar yazılar