Məşhur uşaq bağçasının rəhbəri haqqında HƏBS QƏRARI
03 iyul 2024 14:19 (UTC +04:00)

Məşhur uşaq bağçasının rəhbəri haqqında HƏBS QƏRARI

Xəbər verdiyimiz kimi, Bakıda məşhur uşaq bağçasının direktoru saxlanılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1770
avatar

Arzu Qurbanlı

Oxşar yazılar