Bu modelə keçid məktəblərin məsuliyyətini artıracaq - RƏSMİ
03 iyul 2024 15:32 (UTC +04:00)

Bu modelə keçid məktəblərin məsuliyyətini artıracaq - RƏSMİ

Adambaşına maliyyələşmə modelinə keçid həm də məktəblərin məsuliyyətini artıracaq

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsil nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlaması zamanı deyib.

O bildirib ki, adambaşına maliyyələşmə layihəsi məktəbin məsuliyyətini artıracaq:

"Şagird bir məktəbdən çıxıb başqa məktəbə gedərsə, həmin maliyyə də digər məktəbə keçmiş olacaq. Beləliklə məktəblərdə idarəetmə mexanizmləri də müəyyən qədər dəyişəcək. Bu hazırda pilot layihədir. Bir qurup məktəblərdə həyata keçiriləcək. Bu il bir neçə məktəbdə layihəyə start veriləcək, lakin 2026-cı ilə qədər 100 məktəbə şamil olunacaq. Artıq məktəb maraqlı olacaq ki, şagird cəlb etsin. Bu layihənin müəllimlərin maaşında təsiri ilə bağlı danışmaq isə hələ tezdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Oxşar yazılar