Kosmosdakı bu obyektlər  hamını çaşdırdı
03 iyul 2024 16:24 (UTC +04:00)

Kosmosdakı bu obyektlər hamını çaşdırdı

Alimlər daha öncə erkən kainatda aşkar edilmiş kiçik ölçülü parlaq qırmızı obyektləri müşahidə etmək üçün James Webb kosmik teleskopundan istifadə ediblər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, aparılmış müşahidələr nəticəsində məlum olub ki, daha öncə aşkar edilmiş bu kiçik ölçülü parlaq qırmızı obyektlər əslində qalaktikalardır. Lakin erkən kainatdakı bu qalaktikalar müasir elmin kainat haqqındakı təsəvvürlərini başdan ayağa dəyişirlər. Hələ 2 il bundan öncə alimlər Böyük partlayışdan artıq 600-800 milyon il sonra mövcud olmuş 3 ədəd parlaq obyekti kəşf etmişdilər. Yəni sözügedən obyektlər kainatın erkən inkişaf mərhələsində artıq mövcud olublar. Hal-hazırda isə kainatın təqribi olaraq 13.8 milyard il yaşı var.

Bu obyektlərin kəşf olunduqları zaman alimlər güman etmişdilər ki, onlar qalaktikalardır. Aparılmış yeni müşahidə isə bu fikiri təsdiqləyib. Lakin bununla yanaşı alimlər təyin ediblər ki, bu qalaktikaların mərkəzlərində super kütləli qara dəlik mövcuddur və üstəlik qalaktikalar qədim ulduzlarla zəngindirlər. Kainat haqqında olan müasir elmi modellərə əsasən nə birinci nə də ikinci faktor mümkün olmamalıdır. Alimlərin sözlərinə əsasən bu faktlar onlarda çoxlu sayda suallar yaradıblar. Alimlər təyin ediblər ki, sözügedən qalaktikalar yüzlərlə milyon il yaşa sahib ulduzlarla zəngindirlər. Bu isə kainatın həmin dövrdəki ulduzların daha öncə düşünülmüş yaşlarından daha çoxdur.

Bununla yanaşı alimlər güman edirlər ki, qalaktikaların mərkəzlərində Süd Yolu qalaktikasının mərkəzindəki qara dəlikdən 100-1000 dəfə daha kütləli qara dəlik yerləşir. Lakin bu cür yüksək kütləli qara dəliklərin erkən kainatda mövcud olmaları mümkün hesab edilmir. Alimlərin sözlərinə əsasən erkən kainatda kəşf edilmiş bu obyektlər qalaktikaların böyümələri və super kütləli qara dəliklərin formalaşmaları ilə bağlı olan elmi modellərlə uyğunlaşmırlar. Belə ki, müasir elmi modellərə əsasən qalaktikalar və onların sahib olduqları qara dəliklər milyardlarla il ərzində paralel olaraq böyüyürlər.

Buna görə də olduqca cavan qalaktikanın mərkəzində necəsə sürətlə kütlə yığmış və öz inkişaf prosesini davam etdirən nəhəng qara dəliyin mövcudluğunu izah etmək hələ mümkün deyil. Lakin bu, izahı tələb edən yeganə məsələ deyil. Belə ki, alimlər təyin ediblər ki, erkən qalaktikaların olduqca kiçik ölçülərə sahib olduqlarına baxmayaraq onlar özlərində çoxlu sayda ulduzları birləşdirirlər. Bu da öz növbəsində alimlərdə çoxlu sayda suallar yaradır.

Onların fikirlərinə əsasən bu qalaktikaların ölçüləri bir neçə yüz işıq ilini keçmir. Bu isə Süd Yolu qalaktikasının ölçüsündən 1000 dəfə daha kiçikdir. Bununla belə bu qalaktikalardakı ulduzların sayı bizim qalaktikamızdakı ulduzların sayı ilə demək olar eynidir. Lakin bu qədər sayda ulduzun belə kiçik qalaktikada necə yerləşməsi sualı hələ də cavabsız olaraq qalır. Alimlərin sözlərinə əsasən bu qalaktikalar ola bilsin ki, bizlərə hələ məlum olmayan fərqli üsul sayəsində formalaşıblar. 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3474
avatar

Oxşar yazılar