Kotlet hazırlayarkən ətinə turşu xiyar  əlavə edin – Təəccüblənəcəksiniz 
01 iyul 2024 15:35 (UTC +04:00)

Kotlet hazırlayarkən ətinə turşu xiyar əlavə edin – Təəccüblənəcəksiniz 

Kotlet bir çoxlarının sevimli yeməyidir. Bir çox evdar qadın onu öz üsulu ilə bişirir. Ancaq bununla yanaşı, kotletə aid maraqlı reseptlər də var. 

Lent.az xəbər verir ki, bu rseptlərdən biri də onun çəkilmiş ətinə duzlu xiyarın əlavə edilməsidir. 

Bu zaman hazırlanan kotletlər sulu və ətirli olur. Turşu xiyar kotletlərə özünəməxsus ətir, dad və şirəlilik verir.

Lazım olan ərzaqlar: 

500 q qiymə;
1 soğan;
2-3 turşu xiyar;
Duz və bibər; 
Sonda isə onu qızartmaq üçün çörək qırıntıları və bitki yağı. 

Soğan və turşuları doğramaq lazımdır. Bunun üçün orta ölçülü deşikləri olan sürtgəcdən istifadə edə bilərsiniz. Bundan sonra yaranan qarışığı çəkilmiş ətə əlavə etməlisiniz. 

Sonra kotletləri zövqə görə hazırlamaq üçün qarışığı duzlamaq və istiot tökmək lazımdır. İstəyə uyğun olaraq başqa ədviyyatlar da əlavə edin.

Qeyd edək ki, xiyarların duzluluq dərəcəsini nəzərə almaq vacibdir. 

Çəkilmiş əti yaxşıca qarışdırın, kotletlər halına salın. İstəyə görə çörək qırıntılarına batıraraq bitki yağında qızardın. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8241
avatar

Sevinc Fərid

Oxşar yazılar