Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq
01 iyul 2024 18:31 (UTC +04:00)

Mingəçevirdə məktəbdən 8 min manatlıq oğurluq

Mingəçevirdə məktəbdən oğurluq olub.

Lent.az xəbər verir ki, hadisə Mingəçevir şəhəri Nəsimi küçəsində yerləşən 17 saylı tam orta məktəbdə qeydə alınıb. 

Məktəbdən 8000 manat dəyərində təmir alətlərinin və inşaat materialları oğurlanıb. 

Mingəçevir Şəhər Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax rayon sakini, 1992-ci il təvəllüdlü Əli Quliyev və 1973-cü il təvəllüdlü Bəxtiyar Məsimov saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3447
avatar

Oxşar yazılar