Bu yerə yenidən qayıtmaq üçün fəvvarələrə pul atmaq ənənəsi necə yaranıb?
03 iyul 2024 17:42 (UTC +04:00)

Bu yerə yenidən qayıtmaq üçün fəvvarələrə pul atmaq ənənəsi necə yaranıb?

Bir çox turistlər tətillərinin son günündə getdikləri ölkədə gölə və ya fəvvarəyə xırda "monetlər" atırlar ki, yenidən o yerlərə bir də qayıtsınlar. Bu qədim bir inancdan irəli gəlir.

Lent.az “Belə yaranıb” rubrikasında suya sikkə atmağın maraqlı tarixçəsindən bəhs edir. 
Məsələn, qədim Hindistanda suyu təmizləmək və istehlak üçün yararlı hala gətirmək üçün sulara mis sikkələr atmaq adət idi. Eyni məqsədlə ərəblər, misirlilər suya qızıl və ya gümüş pullar atardılar.

Digər mədəniyyətlərdə sikkə atma ənənəsi axirət həyatına inamla güclü şəkildə əlaqələndirilirdi - məsələn, Qədim Misirdə ölülərin axirətdə yaşamaq imkanı olması üçün qəbirlərə pul qoyulurdu.

Qədim Yunanıstanın sakinləri  dəniz və göllərin nimfaların (su pəriləri)  və digər su ruhlarının yaşayış yerləri olduğuna inanırdılar. Buna görə də, səfərin təhlükəsiz olması üçün bu ruhları nəzir verdikləri gümüş sikkələrlə sakitləşdirməyə çalışırdılar. Qədim yunanlar hesab edirdilər ki, kim bir sikkə əsirgəsə, evə qayıtmaya bilər.

Romalılar da dəniz ilahəsi olan sevgi və gözəllik ilahəsi Veneranı sakitləşdirmək üçün suya sikkələr atırdılar.
Qədim türklər yola çıxan adamın arxasınca tez qayıtsın deyə su atardılar. Avropalılar isə suya monet atmaqla gedənin geri gəlməsini diləyərdilər.
Beləcə, bu ənənə formalaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3996
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar