ƏHD qərar verməyib, REAL-la AĞ Partiya sənəd hazırlayır, YAP da siyahı
01 iyul 2024 13:27 (UTC +04:00)

ƏHD qərar verməyib, REAL-la AĞ Partiya sənəd hazırlayır, YAP da siyahı

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının növbədənkənar parlament seçkisində iştirak forması hələ müəyyənləşməyib.

Lent.az-ın xəbərinə görə, partiyanın baş katibi Yaşar Kələntərli deyib ki,  partiyanın İdarə Heyəti iyulun 6-da Ali Məclisin çağırılması barədə qərar qəbul edib. 

Əgər Ali Məclis partiyanın öz namizədləri ilə seçkiyə qatılması barədə qərar qəbul edərsə, onlar başqa partiyalarla seçki bloku yaradılması istiqamətində danışıqlar aparacaqlar: " Cəhd edəcəyik ki, mümkün qədər digər partiyaların tanınmış şəxsləri ilə eyni dairədən namizədlər irəli sürməyək". 

Y. Kələntərli bildirib ki, Ali Məclis öz namizədlərilə seçkiyə qatılmağı məqbul saymasa, digər müxalifət partiyalarından namizədliyi irəli sürülmüş, yaxud müstəqil namizədləri müdafiə edəcəklər.

Qeyd edək ki, ƏHD Partiyasının sədri Qüdrət Həsənquliyevdir. O, Milli Məclisin deputatıdır.

Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiya isə seçkilərdə iştirak edəcəyini bildirib və sənədləri MSK-ya təqdim etməyə hazırlaşır.

REAL Partiyası isə hətta bazar günü ( 30 iyun) sənədləri MSK ya təqdim etmək istəyib. REAL artıq namizəd siyahısını da açıqlayıb.

Parlamentdə ən çox deputatla təmsil olunan Yeni Azərbaycan Partiyası ( YAP) isə hələ namizədlər siyahısını açıqlamayıb. YAP-ın icra katibi Tahir Budaqov jurnalistlərə deyib ki, siyahı tezliklə açıqlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3180
avatar

Oxşar yazılar