Bakıda fəhlənin müəmmalı  İNTİHARI:   Araşdırma başladı
19 avqust 2021 12:33 (UTC +04:00)

Bakıda fəhlənin müəmmalı İNTİHARI: Araşdırma başladı

Bakıda fəhlənin intiharı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun ətbuat xidmətindən Lent.az-a bildirilib ki, iyunun 23-də 57 yaşlı Həsənov İlham İbaş oğlunun paytaxtın Nəsimi rayonu ərazisində yerləşən hündürmərtəbəli binanın 12-ci mərtəbəsindən yıxılaraq ölməsi barədə Nəsimi rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirərək, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırma zamanı müəyyən edilib ki, həmin ünvanda yerləşən binanın 9-cu mərtəbəsindəki mənzildə fəhlə kimi alçıpan vuran İlham Həsənov çay içmək adı ilə binanın 12-ci mərtəbəsinə qalxaraq oradan özünü yerə ataraq intihar edib.

Mərhum İlham Həsənovun maddi, xidməti və s. cəhətdən asılı olduğu hər hansı şəxs tərəfindən amansız rəftar etmə, ləyaqəti alçaltma, hədə-qorxu gəlmə hallarına məruz qalması müəyyən olunmadığından araşdırma üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Toplanmış material üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmasını təmin etmək məqsədilə rayon prokuroru tərəfindən həmin qərar ləğv edilib.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2397
avatar

Mehman Nəbiyev

Oxşar yazılar