Bakıda FACİƏ : 18 yaşlı oğlan...
18 may 2021 09:42 (UTC +04:00)

Bakıda FACİƏ: 18 yaşlı oğlan...

Bakıda gənc oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, mayın 17-də saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində Vahidli Fuad Vüqar oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Nərimanov rayonu, Z.Bünyadov prospektində fəaliyyət göstərən dizayn studiyasında dizayner işləyən 18 yaşlı Fuad Vahidli iş zamanı elektrik cərəyanı vurması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2400
avatar

Mehman Nəbiyev

Oxşar yazılar