Bakıda evdən 85 min manatlıq qızıl  oğurlandı
16 aprel 2024 10:41 (UTC +04:00)

Bakıda evdən 85 min manatlıq qızıl oğurlandı

Bakının Masazır qəsəbəsində evdən külli miqdarda oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə,  aprelin 14-də Masazır qəsəbəsindəki evlərin birindən 8900 manat pul və 85000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə Abşeron Rayon Polis İdarəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Abbas Tağıyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1446
avatar

Oxşar yazılar