Bakıda evdən 17 minlik OĞURLUQ
08 fevral 2022 13:26 (UTC +04:00)

Bakıda evdən 17 minlik OĞURLUQ

Bakıda ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, fevralın 4-də Mərdəkan qəsəbəsindəki evlərin birindən 600 manat pul, 2000 dollar (təxminən 3400 manat) və 13.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsi və Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri E.İsmayılov və İ.Abbasov saxlanılıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650
avatar

Mehman Nəbiyev

Oxşar yazılar