Bakıda 3 maşın bir-birinə çırpıldı, ölən var  - YENİLƏNİB
17 avqust 2024 15:12 (UTC +04:00)

Bakıda 3 maşın bir-birinə çırpıldı, ölən var - YENİLƏNİB

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb.

İdarədən Lent.az-a bildirilib ki, bu gün, saat 13 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonunun Ümid qəsəbəsi ərazisindən keçən hissəsində Ordubad rayon sakini Nəcəfli Damət Elşad oğlunun idarə etdiyi “Renault” markalı avtomobil yolu nəzərdə tutulmayan yerdən keçən 64 yaşlı Əsgərova Tahirə Mirzə qızını vurub. Piyada hadisə yerində həyatını itirib.

Qəzadan sonra “Renault” markalı avtomobillə eyni istiqamətdə hərəkətdə olan “Mercedes” markalı, “MITSUBİSHİ” markalı və “Opel” markalı nəqliyyat vasitələri zəncirvari toqquşub.

Toqquşma nəticəsində Hüseynov Rahim Nəriman oğlunun idarə etdiyi “Opel” markalı avtomobil yol kənarında dayanan Əlizadə Eminbəy Faiq oğlunu vurub. Xəsarət alan E.Əlizadə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP və aidiyyəti qurumların əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

***
14:43

Bakının Qaradağ rayonu ərazisində ağır qəza olub.

Lent.az xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Bunun ardınca daha 3 maşın bir-birinə dəyib.

Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.

Hadisə yerinə Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunub./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245
avatar

Oxşar yazılar