Şimali Koreya sərhədləri açır -  Turist qəbul edəcək
17 avqust 2024 08:30 (UTC +04:00)

Şimali Koreya sərhədləri açır - Turist qəbul edəcək

Şimali Koreya beş illik pandemiya qapanmasından sonra qapılarını turistlərin üzünə açır.

Lent.az xəbər verir ki, ilkin olaraq yalnız Samjiyon şəhəri turistlərin üzünə açılacaq, lakin tezliklə paytaxt Pxenyana da səfər etməyin mümkün olacağı gözlənilir.

Kim Çen Inın göstərişi ilə Cənubi Koreyadan başqa bütün ölkələrdən turistlərin qəbul ediləcəyi nəzərdə tutulur. ABŞ isə öz vətəndaşlarına bu ölkəyə səfər etməyi qadağan edir.

Çinli turoperatorlar dekabrdan turist gətirməyi planlaşdırır. Lakin bəzi ekspertlər bu planların reallaşmasına şübhə ilə yanaşırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4161
avatar

Oxşar yazılar