Yeni Zelandiya diplomatını  mənzilində qarət etdilər
16 avqust 2024 21:44 (UTC +04:00)

Yeni Zelandiya diplomatını mənzilində qarət etdilər

Parisdə naməlum şəxslər Yeni Zelandiyadan olan diplomatın mənzilinə daxil olaraq onu qarət ediblər.

Lent.az xəbər verir ki, bu haqda məlumatı “Le Parisien” nəşri yayıb.

Məlumata görə Yeni Zelandiyadan olan diplomat Parisin mərkəzindəki evində bağlanaraq döyülüb.

Hadisə ötən gecə Fransa paytaxtının 7-ci rayonunda baş verib. Naməlum şəxslər Yeni Zelandiya səfirliyinin 34 yaşlı əməkdaşının mənzilinə soxulub və onu bağlayıb, sonra isə tüfəngin qundağı ilə onun üzünə zərbələr endiriblər.

Prokurorluq onun ciddi xəsarət almadığını, lakin xəstəxanaya aparıldığını açıqlayıb. Həmin şəxslər diplomatın dəyəri hələ müəyyən edilməyən şəxsi əşyalarını oğurlayaraq saxta nömrəli avtomobillə qaçıblar.

Oğruların axtarışına paytaxt polisinin mühüm qüvvələri göndərilib. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı hələlik heç kimi saxlaya bilməyiblər.

Qeyd edək ki, bundan əvvəl Parisdə 5 olimpiya iştirakçısı qarət edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 759
avatar

Oxşar yazılar

İlanı paltaryuyanda belə yudular - VİDEO

İlanı paltaryuyanda belə yudular - VİDEO

17 avqust 2024 , 00:42
Polisə rüşvət verən  həbs olundu

Polisə rüşvət verən həbs olundu

16 avqust 2024 , 19:35
Lökbatandaki ticarət mərkəzində bir qrup şəxs girov götürülüb?  - RƏSMİ AÇIQLAMA

Lökbatandaki ticarət mərkəzində bir qrup şəxs girov götürülüb? - RƏSMİ AÇIQLAMA

16 avqust 2024 , 19:23
Tutulmamaq üçün cinsini dəyişdirdi

Tutulmamaq üçün cinsini dəyişdirdi

16 avqust 2024 , 18:43
Oğuz sakininin evində tapança aşkarlandı

Oğuz sakininin evində tapança aşkarlandı

16 avqust 2024 , 18:25
Daha bir ŞOK İNTİHAR: boğazını kəsdi  - FOTO  - YENİLƏNİB

Daha bir ŞOK İNTİHAR: boğazını kəsdi - FOTO - YENİLƏNİB

16 avqust 2024 , 17:58
Zabratda sex yandı

Zabratda sex yandı

16 avqust 2024 , 17:43
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

16 avqust 2024 , 16:07